EN

Paşinyana hücum cəhdi ilə bağlı cinayət işi açıldı

BAKI, 29 mart. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyana hücum cəhdi ilə bağlı cinayət işi açılıb.

Teleqraf TASS-a istinadla xəbər verir ki, bu barədə respublikanın İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib.

"Bu gün baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlıq) və 452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni vəzifəli şəxsə və ya siyasi fəaliyyətinə müdaxilə) ilə cinayət işi açılıb. Üç nəfər saxlanılıb", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün İrəvandakı Müqəddəs Anna kilsəsində keçirilən liturgiyadan sonra oranı tərk edər Paşinyana hücum olub.

Chosen
13
14
teleqraf.com

10Sources