EN

“Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi

“Qarabağ” xanım azarkeşlərinə növbəti dəfə jest edib.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər veirr ki, “Sabah”la oyunda komandaya dəstək olmaq istəyən xanım azarkeşlərin stadiona girişi ödənişsizdir.

Qeyd edək ki, qarşılaşma aprelin 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matçın start fiti 20:00-da səslənəcək.

Xatırladaq ki, Ağdam təmsilçisi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə də eyni təşəbbüs irəli sürmüşdü.

Bizim.Media

Chosen
2
19
bizim.media

10Sources