“Qarabağ” xanım azarkeşlərinə növbəti dəfə jest edib.
Klubun mətbuat xidmətindən bildirilib ki, “Sabah”la oyunda komandaya dəstək olmaq istəyən xanım azarkeşlərin stadiona girişi ödənişsizdir.
Qarşılaşma aprelin 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matçın start fiti 20:00-da səslənəcək.