EN

Formula 1 üzrə Yaponiya Qran prisinin başlama saatı qəzaya görə dəyişdirildi

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

2026-cı il mövsümünün "Formula 1" sinfində avtoyarışlar üzrə dünya çempionatının üçüncü mərhələsi - Yaponiya Qran-prisi yarışının startı 10 dəqiqə təxirə salınıb.

Avtosfer.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidmətindən bildirilib.

İsinmə dövrəsi Bakı vaxtı ilə saat 9:00-da başlamalı idi.

Gecikməyə "Porsche" Kuboku iştirakçılarından birinin qəzaya uğraması səbəb olub, bundan sonra qoruyucu baryerlərin təmirinə ehtiyac yaranıb. Hadisə trasın 12-ci döngəsində baş verib. Pilot xəsarət almayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
5
avtosfer.az

6Sources