AZ

"Formula 1" üzrə Yaponiya Qran-prisinin başlama saatı qəzaya görə dəyişdirilib

"Formula 1" üzrə dünya çempionatının 2026-cı il mövsümünün üçüncü mərhələsi olan Yaponiya Qran-prisinin startı 10 dəqiqə təxirə salınıb.

"Far.Az" xəbər verir ki, bu barədə çempionatın mətbuat xidmətindən bildirilib.

İsinmə dövrəsi Bakı vaxtı ilə saat 9:00-da başlamalı idi.

Gecikməyə "Porsche" Kuboku iştirakçılarından birinin qəzaya uğraması səbəb olub. Bundan sonra qoruyucu səddlərin təmirinə ehtiyac yaranıb. Hadisə trasın 12-ci döngəsində baş verib. Pilot xəsarət almayıb.

Seçilən
2
4
far.az

5Mənbələr