EN

Azərbaycan stolüstü tennisçiləri Avrasiya Liqasında uğurlu çıxış ediblər

Bakı. Trend:

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanın Aktobe şəhərindəkeçirilən Avrasiya Liqası yarışında inamlı çıxış nümayişetdiriblər.

Trend xəbər verirki, gənclərdən ibarət yığma komanda baş məşqçi Ramil Cəfərovunrəhbərliyi ilə mübarizə aparıb.

Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadədən ibarətkollektiv ilk turun altı görüşündən beşində qələbə qazanıb. Yalnızbir oyunda məğlub olan Azərbaycan komandası ümumi nəticələrə əsasənturnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Avrasiya Liqasınınnövbəti turunun görüşləri mayın 28-31-də keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl qadınlardan ibarət yığma da analojiyarışda debüt edib. Aylin Əsgərova, Zemfira Mikayılova, LəmanAbdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət komanda 8 oyundan7-də qələbə qazanaraq ilk turun yekunlarına görə ikinci yerdəqərarlaşıb.

Chosen
23
2
az.trend.az

10Sources