ain.az, Idman.biz portalına istinadən məlumat yayır.
Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanın Aktobe şəhərində keçirilən Avrasiya Liqasında yüksək məhsuldarlıq nümayiş etdiriblər.
İdman.Biz xəbər verir ki, gənclərdən ibarət seçmə komandamız turnirin ilk mərhələsində inamlı oyunla yadda qalıb.
Baş məşqçi Ramil Cəfərovun rəhbərliyi altında mübarizə aparan Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə üçlüyü ilk turda altı görüşə çıxıb. Stolüstü tennisçilərimiz bu oyunların beşində rəqiblərini məğlub edərək vacib qələbələr qazanıblar. Yalnız bir qarşılaşmada məğlub olan kollektiv ümumi nəticələrə görə turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Xatırladaq ki, analoji yarışda qadınlardan ibarət komandamız da parlaq çıxış edib. Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət heyət səkkiz oyundan yeddisində qalib gələrək debüt turnirində ikinci pilləni tutublar.
Turnirin növbəti turunun oyunları 28-31 may tarixlərində keçiriləcək.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.