EN

İrəvanda Paşinyana hücum cəhdindən sonra iki nəfər saxlanılıb

İrəvandakı Müqəddəs Anna kilsəsində Ermənistanın baş naziri Nikol Paşinyanla baş vermiş insidentdən sonra iki vətəndaş saxlanılıb.

Bu barədə vəkil Ruben Melikyan bildirib.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, vətəndaşlar xuliqanlıq və vəzifəli şəxsin qanuni fəaliyyətinə müdaxilə etməkdə şübhəli bilinərək saxlanılıblar.

Qeyd edək ki, bazar günü keçirilən liturgiyadan sonra N.Paşinyan kilsənin çıxışına doğru gedərkən bir kişi ona zərbə endirməyə cəhd edib. Vəkil saxlanılan ikinci şəxsin hansı hərəkətləri etdiyi barədə məlumat verməyib. /Oxu.az/

Chosen
15
10
turkustan.az

10Sources