EN

“Barselona” ondan əl çəkmir

“Hoffenhaym”ın hücumçusu Fisnik Asllani “Barselona”nın maraq dairəsində qalır.

Publika.az xəbər verir ki, Kataloniya klubunun futbolçuya marağı ilə bağlı informasiyalar hələ ötən ildən yayılmışdı və indi tanınmış jurnalist Florian Plettenberq bu məlumatları təsdiqləyib.

Bildirilir ki, “sine-qranatlar” 23 yaşlı forvardı yaxından izləyir və mümkün transferin bütün detalları, o cümlədən sərbəstqalma məbləği barədə məlumatlıdır.

“Transfermarkt” portalı Fisnik Asllaninin bazar dəyərini 30 milyon avro olaraq qiymətləndirir.

Chosen
16
publika.az

1Sources