Yağışın yağması Bakının su probleminin ciddi olduğunu bir daha ortaya qoydu. Yağan leysan kanalizasiya sisteminin normal işləməməsi fonunda şəhərdə və ətraf qəsəbələrdə çoxsaylı gölməçələrin yaranmasına səbəb oldu. Bu fonda isə problemin çözümü istiqamətində hansısa işlərin görülüb-görülmədiyilə bağlı əhalidə müəyyən suallar yaranır.