Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Livanda "Əl-Mənar" və "Əl-Məyadin" telekanallarında çalışan jurnalistlərin İsrail qüvvələri tərəfindən öldürülməsini pisləyib.
Bakıvaxtı.az xəbər verir ki, şənbə axşamı yayımlanan bəyanatda Bəqayi Livanın cənubunda Əli Şoaib, Fatima Fəttuni və Məhəmməd Fəttuninin ölümünə səbəb olan Livan jurnalistlərinin avtomobilinə edilən dron hücumunu qətiyyətlə pisləyib.
O qeyd edib: "Jurnalistlərə hücumlar 1949-cu il Cenevrə Konvensiyalarında təsbit edilmiş beynəlxalq humanitar hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır və müharibə cinayətinin və insanlığa qarşı cinayətin açıq-aşkar nümunəsidir. İsrail rejimi ABŞ-nin və bir sıra digər Qərb ölkələrinin açıq-aşkar siyasi və media himayəsi altında bu cür cinayətləri tam cəzasızlıqla törətməyə davam edir".
Aynur Babazadə
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.