EN

Parataekvondoçularımızdan dörd bürünc mükafat

Türkiyənin Antalya şəhərində keçirilən Türkiyə Açıq Beynəlxalq Turnirində Azərbaycan parataekvondoçuları uğurlu çıxış edərək fəxri kürsüyə yüksəliblər.

İdman.Biz xəbər verir ki, K44 kateqoriyasında mübarizə aparan dörd idmançımız yarışın bürünc medalına layiq görülüb. Qadınların mübarizəsində Səmayə Həsənova (47 kq) üçüncü pillədə qərarlaşıb.

Kişi parataekvondoçularımızdan isə Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və İmaməddin Xəlilov (70 kq) aktivlərinə bürünc medalları yazdırıblar.

İdman.Biz
Chosen
9
12
idman.biz

10Sources