EN

Gözəllik müsabiqəsi iştirakçısının səhnədə DİŞİ DÜŞDÜ - VİDEO

“Miss Tayland” gözəllik müsabiqəsinin iştirakçılarından biri səhnədə gözlənilməz hadisə ilə üzləşib.

Bizim.Media xəbər verir ki, çıxışı zamanı gənc qızın taxma dişləri yerindən çıxıb. Gözlənilməz vəziyyətə baxmayaraq, iştirakçı çaşqınlıq nümayiş etdirməyib və çıxışını yarımçıq saxlamayıb.
 

Hadisə sosial şəbəkələrdə qısa müddətdə geniş yayılıb və çoxsaylı istifadəçilərin diqqətini çəkib. Bir çoxları iştirakçının soyuqqanlı davranışını və səhnəni tərk etmədən çıxışını davam etdirməsini peşəkar addım kimi qiymətləndirib.


İzləyicilər arasında bunun utandırıcı yox, əksinə, çətin vəziyyətdə özünü itirməməyin nümunəsi olduğu ilə bağlı fikirlər də səslənib. Hadisə müsabiqənin ən çox müzakirə olunan məqamlarından birinə çevrilib.


Bizim.Media

Chosen
15
bizim.media

1Sources