EN

Tofiq Musayev UFC-dən bonus aldı

Döyüşçü Tofiq Musayev Sietldə keçirilən “UFC Fight Night 271” turnirində çilili İqnasio Bahamondes üzərində qazandığı qələbə ilə yanaşı, həm də maliyyə mükafatı ilə yadda qalıb.

"Football-plus.az" xəbər verir ki, Musayev və Bahamondes arasındakı qarşılaşma gecənin ən yaxşı döyüşü (“Fight of the Night”) seçilib. Bu nominasiya üzrə hər iki idmançıya 100000 ABŞ dolları (170000 AZN) məbləğində əlavə bonus verilib.

Yüngül çəkidə baş tutan və gərginliyi ilə seçilən bu görüş Tofiq Musayevin hakimlərin yekdil qərarı ilə qələbəsi sayəsində başa çatıb. Döyüşçümüz ikinci raundun əvvəlində nokdauna düşsə də, geri dönməyi və üstünlüyü ələ almağı bacarıb.

Chosen
51
2
football-plus.az

3Sources