EN

SEPAH Bəhreyn və BƏƏ-də sənaye müəssisələrinə zərbələr endirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsraillə əlaqəli hərbi və aerokosmik sənaye müəssisələrini hədəfə alıb.

"Report" xəbər verir ki, SEPAH-ın bu barədə bəyanatını "Mehr" Xəbər Agentliyi yayıb.

"Fars körfəzinin sahilyanı dövlətlərindən İranın sənaye infrastrukturunu hədəf alan ABŞ ilə İsrailə cavab olaraq "Emirates Aluminum" (EMAL) və "Aluminum Bahrain" (ALBA) zavodlarına zərbə endirilib", - məlumatda bildirilib.

Bəyanatda qeyd olunub ki, Birləşmiş Ərəb Əmirliklərində yerləşən EMAL-ın 1,3 milyon ton istehsal gücü var.

"Bəhreyndə yerləşən ALBA isə Amerika sərmayəsi və səhmdarlığı ilə fəaliyyət göstərir", - məlumatda bildirilib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Bundan əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Chosen
32
50
far.az

10Sources