AZ

SEPAH Bəhreyn və BƏƏ-də sənaye müəssisələrinə zərbələr endirdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsraillə əlaqəli hərbi və aerokosmik sənaye müəssisələrini hədəfə alıb.

Aznews.az xəbər verir ki, SEPAH-ın bu barədə bəyanatını "Mehr" Xəbər Agentliyi yayıb.

"Fars körfəzinin sahilyanı dövlətlərindən İranın sənaye infrastrukturunu hədəf alan ABŞ ilə İsrailə cavab olaraq "Emirates Aluminum" (EMAL) və "Aluminum Bahrain" (ALBA) zavodlarına zərbə endirilib", - məlumatda bildirilib.

Bəyanatda qeyd olunub ki, Birləşmiş Ərəb Əmirliklərində yerləşən EMAL-ın 1,3 milyon ton istehsal gücü var.

"Bəhreyndə yerləşən ALBA isə Amerika sərmayəsi və səhmdarlığı ilə fəaliyyət göstərir", - məlumatda bildirilib.

Seçilən
4
3
aznews.az

4Mənbələr