EN

İran ABŞ-ın “E-3 Sentry” xüsusi kəşfiyyat təyyarəsini vurdu

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “E-3 Sentry” təyyarəsinin martın 27-də Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hərbi Hava Bazasında İranın raket və dron hücumu nəticəsində vurulduğunu əks etdirdiyi iddia olunan yeni görüntü yayılıb.

 

Görüntü son həftələrdə həmin bazaya yerləşdirilmiş “E-3 Sentry” tipli, “81-0005” bort nömrəli təyyarəyə uyğundur.

 

Səudiyyə Ərəbistanındakı aviabazaya hücumdan əvvəl ABŞ-ın cəmi 16 ədəd istismara hazır “E-3 Sentry” təyyarəsi olub.

 

"The Wall Street Journal" yazır ki, “E-3 Sentry” təyyarə parkı üçün hazır və dərhal istifadəyə yararlı alternativ mövcud deyil. Ən yaxın əvəzləyici kimi göstərilən “Boeing E-7 Wedgetail” təyyarəsinin isə təxminən 700 milyon dollara başa gələcəyi proqnozlaşdırılır.

 

Qeyd edək ki, “E-3 Sentry” uzaq məsafədən hava məkanını izləmək, raket və pilotsuz uçuş aparatlarını aşkar etmək, həmçinin əməliyyatlar zamanı real vaxt rejimində koordinasiya üçün istifadə olunan erkən xəbərdarlıq və idarəetmə təyyarəsidir.

 

APA

Tarix: 29 Mart 2026, 11:27   
Chosen
13
26
pravda.az

10Sources