AZ

600 milyonluq "Uçan Qərargah" VURULDU - Peyk görüntüləri YAYILDI

Xəbər verdiyimiz kimi, İranın Səudiyyə Ərəbistanındakı aviabazaya endirdiyi qəfil raket və PUA zərbələri nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinin ən qiymətli strateji aktivlərindən biri olan "E-3 Sentry" (AWACS) uzaqdan aşkaretmə və idarəetmə təyyarəsi ciddi zədələnib.

Peyk görüntüləri Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazasında "E-3 AWACS" təyyarəsinin vurulduğunu üzə çıxarıb.

Musavat.com xəbər verir ki, bu təyyarə sadəcə kəşfiyyat platforması deyil, döyüş əməliyyatlarının idarə olunması üçün tamfunksiyalı mərkəz rolunu oynayır.

"E-3 Sentry"nin əsas imkanlarına aşağıdakılar daxildir:

  • Döyüş meydanının vahid mənzərəsini formalaşdırır;

  • Aviasiya fəaliyyətlərini koordinasiya edir;

  • Hədəfləri bölüşdürür və ələkeçirmə əməliyyatlarını idarə edir;

  • Eyni vaxtda 300-dən çox hədəfi izləmək iqtidarındadır.

Qiymətləndirmələrə görə, 2026-cı ildə belə bir təyyarənin dəyəri 530 milyon dollardan 600 milyon dollara qədər dəyişir.

Bu itki ABŞ-nin regiondakı hava nəzarəti imkanlarına ciddi zərbə kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
13
26
musavat.com

10Mənbələr