Polşa Prezidenti Karol Navrotski ABŞ-yə səfəri zamanı Avropa Birliyinin siyasətini tənqid edib.
Azreform.info xəbər verir ki, Polşa lideri Dallasda keçirilən CPAC mühafizəkar konfransında çıxışı zamanı bu fikirlərini bölüşüb.
O bildirib ki, Avropa İttifaqında qərarlar tez-tez bürokratlar tərəfindən sağlam düşüncəyə zidd olaraq qəbul edilir və bu, onun fikrincə, Avropanı gücləndirmək əvəzinə, zəiflədir.
Navrotski həmçinin Aİ-nin enerji siyasətinin həyata keçirilmə tempindən narazılığını ifadə edərək, onun çox tez və iqtisadi təhlükəsizlik baxımından lazımi tədbirlər görülmədən həyata keçirildiyini qeyd edib.