EN

Daha bir ölkə uşaqlara sosial şəbəkəyə girişi qadağan edir

Avstriya hökuməti 14 yaşına çatmayan şəxslərin sosial şəbəkələrə daxil olmasını məhdudlaşdırmağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, hakimiyyətdə təmsil olunan 3 partiya məsələ ilə bağlı ilkin razılığa gəlib. Qadağada məqsəd uşaqları “cəlbedici alqoritmlərin zərərindən və arzuolunmaz məzmunlardan qorumaqdır”.

Müvafiq qanunun üzərində işə iyul ayında başlanacağı bildirilsə də, tətbiq tarixi hələlik məlum deyil.

Qeyd edək ki, Avstriya ötən dekabrda 16 yaşına çatmayan şəxslərin sosial şəbəkələrə daxil olmasını məhdudlaşdıran ilk ölkə olub.

Chosen
11
18
bakivaxti.az

10Sources