Pentaqon ABŞ-nin İranda bir neçə həftə davam edə biləcək mümkün quru əməliyyatlarına hazırlaşır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Washington Post“ qəzeti mənbələrə istinadən məlumat verib.
Məlumatda deyilir ki, əgər Prezident Donald Tramp bu planı təsdiqləsə, belə bir addım müharibənin yeni mərhələsinə keçid olacaq və bu mərhələ ABŞ hərbçiləri üçün ilk dörd həftə ilə müqayisədə xeyli daha təhlükəli ola bilər.
Qəzet onu da qeyd edir ki, belə olacağı təqdirdə quru əməliyyatları İranın tam ələ keçirilməsi üçün nəzərdə tutulmur.
Mənbələr bildiriblər ki, bu əməliyyatların məqsədi İranın Xark adasını ələ keçirmək və ya Hörmüz boğazı yaxınlığındakı sahil ərazilərindəki silahları məhv etməkdən ibarət olacaq.
Məqalədə o da bildirilir ki, Trampın Pentaqonun hər hansı bir planını təsdiq edib-etməyəcəyi hələ də bəlli deyil.