EN

Real Madrid in yaydakı ilk transferi məlum oldu: Öz yetirməsini geri qaytarır

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Real Madrid" rəhbərliyinin yay transfer pəncərəsində əsas hədəfi bəlli olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano məlumat yayıb.

O, qeyd edib ki, Madrid təmsilçisinin yaydakı ilk transferi hazırda İtaliyanın "Komo" klubunda çıxış edən yarımmüdafiəçi Niko Paz olacaq.

"Real Madrid" Niko Pazın gələcək karyerasına tam nəzarəti əlində saxlayır və onu öz uzunmüddətli layihəsinin mühüm bir hissəsi kimi görür. Məhz onun bu yay klubun ilk transferi olacağı gözlənilir", - deyə Romano qeyd edib.

Xatırladaq ki, "Real Madrid" 2024-cü ildə İtaliyaya yollanan öz yetirməsini geri almaq hüququna sahibdir. Şərtlərə əsasən, satınalma bəndi bu yay üçün 9 milyon avro, gələn yay üçün isə 10 milyon avro təşkil edəcək. Bundan əlavə, tərəflər arasındakı müqavilədə Madrid təmsilçisinə futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 50%-ni qazanmağa imkan verən xüsusi bənd də yer alıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
1
cebheinfo.az

2Sources