EN

Markus Reşfordun transferi üçün mübarizə kəskinləşir

"Mançester Yunayted"dən icarə əsasında "Barselona"da çıxış edən Markus Reşfordun gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Fanat.Az xəbər verir ki, "PSJ" və "Milan" klubları İngiltərə millisinin üzvünü yaxından izləyir.

"Caughtoffside" nəşrinin iddiasına görə, əgər "Barselona" maliyyə problemləri səbəbindən yayda Reşfordun transfer hüquqlarını tam ala bilməsə, digər iki nəhəng klub dərhal hərəkətə keçəcək.

Kataloniya təmsilçisi futbolçunu komandada saxlamaq istəsə də, rəqiblərin cəlbedici təklifləri vəziyyəti dəyişə bilər. Reşfordun həm İtaliya, həm də Fransa çempionatından olan marağa necə cavab verəcəyi yay aylarında bəlli olacaq

Chosen
23
6
fanat.az

10Sources