EN

Quba Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, martın 27-28-də Qubanın dağlıq ərazilərinə yağan güclü leysan yağışından sonra yaranan sel Xınalıq kəndinə gedən yolu bağlamışdı.

Belə ki, dağlardan gələn qaya parçaları və palçıq kütləsi 30-32-ci kilometrliklərdə yolun hərəkət hissəsinə tökülüb, təxminən 800 metr məsafədə asfalt örtüyü dağılıb.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarının canlı qüvvəsi və ağır texnika cəlb olunub.

Sahə rəisi Bilal Sultanov bildirib ki, hazırda Xınalıq və həmin istiqamətdə yerləşən digər kəndin sakinlərinin rayon mərkəzinə gediş-gəlişi təmin edilib. Əsas çətinlik yolun 3 kilometrlik hissəsində müşahidə olunur.

Yağış və sel axını davam etdiyindən qaya parçalarının yola yuvarlanma riski qalır. Sürücülərə bu istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları, mümkün olduqda alternativ marşrutlara üstünlük vermələri tövsiyə edilir.

11:24

Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda uçqun baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, yolun dağlıq hissəsində baş verən uçqun nəticəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.

Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb, avtomobillər yolda qalıb.

Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır.

Sürücülərə və vətəndaşlara həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
5
oxu.az

6Sources