EN

Xaçmazda selin fəsadları: 500-dən çox evi su basıb

Yazını böyüt
Yazını kiçilt

Leysan yağışları nəticəsində Xaçmaz rayonunun 33 yaşayış məntəqəsində 537 fərdi yaşayış evini su basıb.

Hafta.az xəbər verir ki, bu barədə rayon icra hakimiyyətinin selin fəsadları ilə bağlı rəsmi açıqlamasında məlumat verilib.

Məlumatda qeyd olunub ki, aramsız yağan leysan yağışları və rayon ərazisindən keçən çaylarda əmələ gələn sel suları Xaçmaz ərazisində bir sıra fəsadlar törədib. Yağış və sel suları vətəndaşlara məxsus fərdi yaşayış evlərinə və təsərrüfat tikililərinə dolaraq ciddi ziyan vurub.

Leysan yağışları nəticəsində rayonun 33 yaşayış məntəqəsində 537 fərdi yaşayış evini su basıb. Həmçinin çaylarda əmələ gələn sel suları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan 1 avtomobil körpüsünə də ciddi ziyan vurub. Belə ki, Hülövlü–Qaracik Zeyid–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba–Sərkərli avtomobil yolunda yerləşən Cağacuq çayı üzərindəki avtomobil körpüsü tamamilə dağılıb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birlikdə sel sularından ziyan dəymiş ərazilərə baxış keçirib, fəsadların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Chosen
13
10
hafta.az

10Sources