EN

“Aramsız yağan yağışların yaratdığı çətinliklər aradan qaldırılır” − DYP


Yol polisi ölkə ərazisində aramsız yağan yağışların yaratdığı çətinlikləri aradan qaldırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində yağan aramsız yağışlar avtomobil yollarında, xüsusilə paytaxtın küçə və prospektlərində bir sıra çətinliklər yaradıb:
“Yollarda hərəkətin nizamlanması, eləcə də fəsadların aradan qaldırılması məqsədilə DYP əməkdaşları aidiyyəti qurumlarla birgə çalışır.
Nasazlıq səbəbindən məcburi dayanan avtomobillər yoldan kənarlaşdırılır, piyadaların yolu təhlükəsiz keçmələrinə bilavasitə köməklik göstərilir.
Respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyatın intensiv hərəkətinin təmin olunması üçün YPX Alayının əməkdaşları tərəfindən fasiləsiz xidmət aparılır.
Chosen
19
23
yeniavaz.com

5Sources