EN

Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında dayananlar

Bəzi marjinal qrup və platformaların təkidlə dırnaqarası tarixçi-alim kimi sırımağa çalışdıqları İqbal Əbilovun əslində əsas hədəfinin separatçılıq olduğu artıq danılmaz faktdır.

Ölkə.Az xəbər verir ki, bu barədə "Baku TV"nin İqbal Əbilov barəsində araşdırma materialında bildirilib.

Qeyd olunub ki, separatçı iddialarla yüklənmiş tarixçi-alim kamuflyajlı İqbal Əbilov, əslində, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Qarnik Asatryana maşalıq etmiş əmisi Kahin Əbilovun himayəsində böyüyüb:

"Onun çürük, içiboş və zəhərli iddialını mənimsəyib və Ermənistan xüsusi xidmət orqanlarının təsiri altında formalaşaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə və nifrətə köklənib. İqbal Əbilovun təhsili, dünyagörüşü və seçdiyi peşə də uzun illər ərzində Qarnik Asatryanın dolayı təlimatları ilə formalaşıb".

Araşdırma materialda vurğulanıb ki, İqbal Əbilov tarixçi kimliyi arxasında gizlənərək uzun müddət əsl simasını gizlətməyə nail olmaqla yanaşı, həm də fəaliyyətini genişləndirməyə, Azərbaycan əleyhinə şəbəkələşmədə rol oynamağa, həmçinin zəhərli iddialarını Azərbaycan və ondan kənarda yaşayan bir qrup gəncin dünyagörüşünə təlqin etməyə nail olub.

"İqbal Əbilovun uzunmüddətli anti-Azərbaycan fəaliyyətinin ən böyük dırnaqarası uğuru isə onun separatçı dünyagörüşlü şəxs və qruplar arasında uğurlu koordinatora çevrilməsi, bir sıra hallarda isə əsas təşkilatçı kimi çıxış etməsi olub.

İqbal Əbilovun qısa müddətdə separatçı xəyanətkar çevrələrdə özünə yer etməsi yalnız onun şəxsi qabiliyyətləri hesabına olmayıb. Həmçinin qısa müddətdə Qarnik Asatryanın etimadını qazanmağa nail olan İqbal bir müddət sonra özü də müstəqil şəkildə birbaşa Ermənistan və digər ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə başlayıb. Və onların tapşırıqlarını icra etməyə nail olub".

Həmçinin qeyd olunub ki, İqbal Əbilov fəaliyyətini, əsasən, Azərbaycanda kənarda qurub və inkişaf etdirib.

"Kahin Əbilovla uzun illər Belarusda yaşayan İqbal Əbilov əmisi öldükdən sonra isə onun zərərli mirasına sahib çıxaraq Ermənistan xüsusi xidmət orqanlarından tapşırıqlar almaqla prosesi davam etdirib. Onun olduqca düşünülmüş, ehtiyatlı və həddindən artıq gizli fəaliyyət metodu olub".

Daha ətraflı videomaterialda tanış ola bilərsiniz.

Chosen
24
4
olke.az

8Sources