EN

Bakıda bir sıra küçələr yağış sularından təmizlənir

Bakıda bir sıra küçələr yağış sularından təmizlənir.

Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Bildirilib ki, Arif Heydərov küçəsi ilə Mayakovskiy küçələrinin kəsişməsindəki ərazi yağış sularından təmizlənir.

Həmçinin, Dərnəgül şosesi, "Eurohome"un qarşısında da eyni poses həyata keçirilir.

Küçələrin yağış sularından təmizlənməsinin görüntülərini təqdim edirik:

***12:39

Hazırda Bakı şəhəri və Abşeron yarımadasında müşahidə olunan intensiv yağıntının həcmi aylıq normasının 440 %-ni təşkil etdiyi səbəbindən, ərazilərin yağış sularından azad edilməsi və axıntıların kollektorlara yönləndirilməsi istiqamətində tədbirlər intensivləşdirilib.

Far.Az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.

Məlumata əsasən, ADSEA və ona tabe olan qurumlar, xüsusən də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti şiddətli yağışlarla əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

İri şəhərlərin xidmət ərazilərində yağış sularının idarə edilməsi prosesi Operativ Qərargah tərəfindən nəzarət altında saxlanılır.

955 Çağrı Mərkəzinə, elektron və sosial şəbəkə hesablarına, həmçinin ictimaiyyətlə əlaqə telefonlarına daxil olan müraciətlər, eləcə də həssas ərazilərdəki vəziyyətə dair məlumatlar Operativ Qərargah vasitəsilə Coğrafi İdarəetmə Sistemləri (CİS) platforması üzərindən koordinasiya edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Xidmətinin açıqlamasına əsasən, hazırda Bakı və Abşeron yarımadasında qeydə alınan intensiv yağıntının miqdarı 104 mm-ə çatıb ki, bu da aylıq normanın 440 %-nə, yəni təxminən beş dəfədən çoxuna bərabərdir.

Bütün sukanal idarələrində şiddətli yağışlarla əlaqədar növbəli qaydada fasiləsiz fəaliyyət daha da geniş miqyasda təşkil olunub, xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə istiqamətləndirilməsi işləri həyata keçirilir. Proseslərə müxtəlif funksiyalara malik texniki vasitələr də cəlb edilib.

Chosen
27
14
far.az

10Sources