Mart ayının 27-dən 28-i səhər saatlarınadək ölkə ərazisində müşahidə olunmuş intensiv xarakterli yağıntılar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb...
Aparılmış monitorinqlərin nəticələrinə əsasən, ən çox artım Böyük Qafqazın Quba-Qusar, Dağlıq Şirvan və Şərqi Zəngəzur bölgələrindən axan çaylarda qeydə alınıb, bəzi çaylarda isə qısamüddətli sel hadisələri baş verib.
Böyük Qafqazdan axan çaylarda suyun səviyyəsi 2-61 sm artıb, Vəlvələçayda isə bu göstərici 196 sm təşkil edib. Hazırda Quba-Qusar və Dağlıq Şirvan bölgələrində bəzi çaylarda sel hadisələrinin davam etdiyi müşahidə olunur.
Qarabağ və Şərqi Zəngəzur bölgələrindən axan çaylarda suyun səviyyəsi 2-78 sm artıb, Zəngilan rayonu ərazisindən axan Bəsitçayda sel hadisəsi qeydə alınıb.
Eyni zamanda, Kiçik Qafqaz, Naxçıvan Muxtar Respublikası və Lənkəran-Astara bölgələrindən axan bəzi çaylarda suyun səviyyəsi 4-19 sm artıb.
Mövcud vəziyyət nəzarətdə saxlanılır, monitorinqlər davam etdirilir.
Poliqon.info