EN

"Shahed" qatili Körfəzdə: Ukrayna və BƏƏ-dən tarixi müdafiə paktı

Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) müdafiə sahəsində genişmiqyaslı əməkdaşlıq barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin öz unikal döyüş təcrübəsinə əsaslanaraq Əmirliklərə səmanın müdafiəsi və kritik infrastrukturun qorunması sistemlərini gücləndirməyə kömək edəcəyini bəyan edib.

Zelenski vurğulayıb ki, Ukrayna artıq təkcə xarici köməyə ehtiyacı olan ölkə deyil, həm də öz tərəfdaşlarını müasir hərbi texnologiyalarla dəstəkləməyə hazır olan bir "təhlükəsizlik donoru"dur. Bu əməkdaşlıq çərçivəsində Ukrayna mütəxəssislərinin BƏƏ-də İran mənşəli "Shahed" dronları və ballistik raketlərə qarşı effektiv mübarizə metodlarını tətbiq edəcəyi gözlənilir.

Xatırladaq ki, Ukrayna cəmi bir gün əvvəl Səudiyyə Ərəbistanı ilə də bənzər strateji müdafiə müqaviləsi imzalayıb.

Qeyd olunur ki, Ukraynanın Körfəz ölkələri ilə hərbi yaxınlaşması regionda İran təhdidlərinə qarşı yeni bir müdafiə arxitekturasının formalaşmasından xəbər verir. Bu razılaşmalar həm də Ukraynanın yerli pilotsuz uçuş aparatları və HHM sistemləri üçün ərəb investisiyalarının cəlb edilməsinə yol açır.

Musavat.com

Chosen
33
28
musavat.com

10Sources