AZ

Yaxın Şərqdə Ukrayna izi: İordaniya kralı ilə kritik görüşün pərdəarxası

Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərq turu çərçivəsində Səudiyyə Ərəbistanı və BƏƏ-dən sonra İordaniya Haşimi Krallığına rəsmi səfər edib.

Musavat.com xəbər verir ki, Ukrayna mediasının yaydığı məlumata görə, dövlət başçısının bu səfəri çərçivəsində Əmmanda təhlükəsizlik məsələlərinə dair strateji əhəmiyyətli görüşlərin keçirilməsi planlaşdırılır. Zelenski vurğulayıb ki, hazırkı regional gərginlik fonunda təhlükəsizliyin təmin edilməsi bütün tərəfdaşların birgə səylərini tələb edir və Ukrayna artıq bu prosesdə sadəcə yardım alan tərəf deyil, həm də öz hərbi təcrübəsi ilə töhfə verən bir tərəfdaşdır. Görüşlərdə əsas müzakirə mövzusunun Ukrayna ordusunun Rusiya ilə müharibədə İran mənşəli "Shahed" dronları və ballistik raketlərə qarşı əldə etdiyi unikal müdafiə təcrübəsinin İordaniya ilə bölüşülməsi olacağı gözlənilir. Ukrayna lideri qeyd edib ki, ölkəsi regionda sabitliyin bərpası üçün öz bilik və bacarıqlarını tərəfdaşlarının ixtiyarına verməyə hazırdır. 

Bildirilir ki, Zelenskinin İordaniya kralı II Abdullah ilə keçirəcəyi görüşlər Körfəz və Yaxın Şərq ölkələri ilə Ukrayna arasında formalaşan yeni müdafiə koalisiyasının möhkəmlənməsinə xidmət edir. Səfər zamanı həmçinin kəşfiyyat məlumatlarının mübadiləsi və hava hücumundan müdafiə sistemlərinin effektivliyinin artırılması istiqamətində konkret əməkdaşlıq sənədlərinin imzalanması ehtimal olunur.

Musavat.com

Seçilən
4
28
musavat.com

10Mənbələr