EN

Londonda İran müzakirələri - azərbaycanlılar da orada - SENSASİON MƏLUMAT

Bu gün-martın 28-də Londonda İranın gələcəyi ilə bağlı “İranın Azadlığı” adlı konqres başlayıb.

Musavat.com xəbər verir ki, iki gün davam edəcək konfrans müxtəlif təcrübə, peşə və perspektivlərə malik İran vətəndaşları və siyasi aktorları bir araya gətirib.

Picture

İştirakçılar arasında azərbaycanlılar da yer alır. Onların sırasında OCAQ (Azərbaycan Demokratiya və İnkişaf Mərkəzi) İdarə Heyətinin üzvü Əlirza Ərdəbili, azərbaycanlı siyasi fəal və Azərbaycan Demokrat Partiyasının sözçüsü Simin Səbri, hüquq müdafiəçisi Əfşin Cəm, İran Sol Partiyasının İctimaiyyətlə Əlaqələr üzrə məsulu Pərviz Nəvidi, Kommunist Fəhlə Partiyası Mərkəzi Komitəsinin katibi Həmid Təqvai, Əl-Əhvaz Milli Demokratik Hərəkatı Partiyasının sözçüsü Əbdülrəhman Heydəri, respublikaçı fəal Məryəm Sütuvvət və digər tanınmış şəxslər iştirak edir.Konqres, İran tarixində kritik bir dövrdə ciddi, məsuliyyətli və gələcəyə yönəlmiş dialoqu asanlaşdırmaq üçün strukturlaşdırılmış platforma kimi təşkil olunub.

51ba1a8f-0121-4950-af5a-2e8c5ba0f994.jpg

Konqresin məqsədləri sırasında İranın keçid prosesində iştirak və şəffaflığın təşviqi, İslam respublikasından sonrakı dönəmdə ölkənin gələcəyinin bağlı danışıqlarda vətəndaşların iştirakını təmin etmək məqsədi var.

O cümlədən konfransda 1979-cu ildə yaşanan uğursuzluqların təkrarlanmasının qarşısını almaq üçün mülki və siyasi mexanizmlərin yaradılması nəzərdə tutulur. Keçid dövründə idarəetmə mexanizmlərinin formalaşdırılmasında istiqamət verə biləcək praktik qərar qəbuletmə strukturları da hazırlanır.

Xalidə Gəray
Musavat.com

Chosen
25
musavat.com

1Sources