EN

Bakıda və Abşeron yarımadasında 42 nəfər su basmış ərazilərdən təxliyə edilib - FOTO - VİDEO

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində 8-i azyaşlı olmaqla ümumilikdə 42 nəfər vətəndaş intensiv yağışlarla əlaqədar su basmış ərazilərdən təxliyə edilib.

Bu barədə Day.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda FHN-in qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

xxx
08:12

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılması istiqamətində əməliyyatlar davam etdirilib.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə 33 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda FHN qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.

XXX

 

00:16

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri davam etdirilir.

Nazirlikdən Day.Az-a verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi tədbirləri həyata keçirilir.

Tədbirlər nəticəsində 4-ü azyaşlı olmaqla ümumilikdə 18 vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda əməliyyatllar bir sıra ünvanlarda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən fasiləsiz davam etdirilir.

  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
  • Bakıda
Chosen
34
39
day.az

10Sources