EN

Məşhur aktrisa Hande Erçel sərbəst buraxıldı

İstanbul Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan narkotik əməliyyatında yeni məlumatlar ortaya çıxıb.

Publika.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

Barəsində saxlanılma qərarı verilən və İngiltərədə olduğu müəyyən edilən türkiyəli məşhur aktrisa Hande Erçel ötən gün Türkiyəyə qayıdarkən saxlanılıb. Aktrisa məhkəmədə ifadə verib.

Narkotik məclislərində iştirak etdiyi iddia olunan Hande Erçel ifadə verdikdən sonra Məhkəmə Tibb Qurumunda ondan qan və saç nümunələri götürülüb. Narkotik testi nəticələrinin bir neçə gün ərzində çıxması gözlənilir.

Həmçinin Hande Erçel məhkəməyə ifadəsində narkotikdən istifadə etdiyinə dair iddiaları təkzib edib.

Chosen
15
1
publika.az

2Sources