EN

Bəhram Rəcəbzadə kəmər döyüşündən çəkildi - SƏBƏB

Məşhur azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə aprel ayında baş tutması planlaşdırılan nüfuzlu "Glory" kəmər döyüşündə iştirakdan imtina etmək məcburiyyətində qalıb.

"Cebheinfo.az" xəbər verir ki, bu məlumatı idmançının özü rəsmi sosial şəbəkə hesabında etdiyi paylaşımla pərəstişkarlarının diqqətinə çatdırıb.

https://www.instagram.com/reel/DWavk8iDMlB/?utm_source=ig_web_copy_link

Təcrübəli idmançının sözlərinə görə, o, hazırlıq məşqləri zamanı ayağından ciddi zədə alıb. Tibbi yoxlamalar nəticəsində ayaq əzələsinin yırtıldığı məlum olub və idmançının yaxın vaxtlarda cərrahi əməliyyat olunacağı gözlənilir.

Xatırladaq ki, Bəhram Rəcəbzadənin aprelin 25-də çempionluq titulu uğrunda Niderlanddan olan surinaməsilli Donavan Visse ilə həlledici qarşılaşmaya çıxacağı planlaşdırılırdı.

"Cebheinfo.az"

Chosen
15
2
cebheinfo.az

3Sources