EN

Məşhur müğənni xəstəxanaya yerləşdirildi - Təcili əməliyyat olundu

11:53 28.03.2026
11:53 28.03.2026

Türkiyəli tanınmış müğənni Cengiz Kurtoğlu əməliyyat olunub.

Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi dünən axşam burun qanaması səbəbi ilə xəstəxanaya yerləşdirilib.

Aparılan müayinələrdən sonra C.Kurtoğlunun iki damarında tıxanıqlıq qeydə alınıb və təcili əməliyyat edilib.

Məlumata görə, damarlarından birinə stent qoyulan müğənninin vəziyyəti hazırda yaxşıdır. 

Bununla yanaşı, Kurtoğlu səhhəti ilə bağlı bu gün üçün planlaşdırılan konsertini də təxirə salıb.


Chosen
26
10
mynews.az

10Sources