İranın Səudiyyə Ərəbistanında Şahzadə Sultan adına aviabazaya zərbə endirməsi nəticəsində 12 amerikalı hərbçi yaralanıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.
Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Məlumata görə, ümumilikdə ABŞ və İsrailin fevralın 28-də İrana qarşı əməliyyata başlamasından bu yana 300-dən çox amerikalı hərbçi yaralanıb, 13-ü həlak olub.
"Cebheinfo.az"