EN

“Yusif İmanov haqqında konkret fikir bildirməyim düzgün olmaz” – Rza Cəfərov

“Yusif İmanov haqqında konkret fikir bildirməyim düzgün olmaz. Bu məsələdə son qərar tam şəkildə məşqçilər korpusuna məxsusdur. Onlar həm məşq prosesində, həm də oyunlarda futbolçuların performansını yaxından izləyir, ən optimal seçimləri edirlər. Mən də verilən qərarlara hörmətlə yanaşıram”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri Rza Cəfərov Azərbaycan – Sent Lüsiya oyunundan sonra jurnalistlərə açıqlamasında səsləndirib.

Qolkiper “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində 6:1 hesablı inamlı qələbədən sonra oyunu belə dəyərləndirib: “Ümumilikdə qarşılaşma bizim üstünlüyümüz şəraitində keçdi və komandamız yaxşı oyun nümayiş etdirdi. Hava şəraitinin, xüsusilə yağışın müəyyən qədər təsiri hiss olunsa da, bu, planlarımızı ciddi şəkildə pozmadı. Əsas odur ki, istədiyimiz nəticəni əldə etdik. Üstəlik, bu qələbə yığmanın tarixində ən böyükhesablı uğurlardan biri kimi yadda qaldı. Bu baxımdan çox məmnunuq. Həm komanda yoldaşlarımı, həm də bizi dəstəkləyən hər kəsi təbrik edirəm”.

Cəfərov qarşıdakı oyunla bağlı da fikirlərini bölüşüb: “Üç gün sonra Syerra Leone millisi ilə qarşılaşacağıq. Həmin oyuna da maksimum ciddi yanaşaraq, meydanda bütün gücümüzü ortaya qoymaq niyyətindəyik. Məqsədimiz növbəti qələbəni qazanmaq və azarkeşlərimizi, xalqımızı sevindirməkdir”.

Chosen
64
50
idmanxeber.az

10Sources