EN

18 nəfər təhlükəsiz əraziyə təxliyə edildi Video

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri davam etdirilir.

Axar.az xəbər verir ki, belə ki, FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi tədbirləri həyata keçirilir.

Həyata keçirilən tədbirlər nəticəsində 4-ü azyaşlı olmaqla ümumilikdə 18 vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda əməliyyatllar bir sıra ünvanlarda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri tərəfindən fasiləsiz olaraq davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
41
axar.az

10Sources