Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində ilk oyununu keçirib. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Sent Lüsiyanı 6:1 hesabı ilə məğlub edib.
"Unikal" xəbər verir ki, oyundan sonra Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun vəziyyəti diqqət çəkib.
Stadionun soyunub-geyinmə otağından çəkilən videoda yağış sularının içəriyə dolduğu görünür. Futbolçular bu vəziyyətdən narazılıqlarını bildiriblər.
Qeyd edək ki, 2019-cu ildə stadionun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat vəsait ayrılmışdı. Stadion 2024-cü ildə istifadəyə verilib.
Ağarza Elçinoğlu