EN

İsrail rəsmən təsdiqlədi: İranın nüvə obyektləri... FOTO

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

İsrail İran ərazisində yerləşən nüvə proqramı ilə əlaqəli obyektlərə zərbələr endirdiyini rəsmi şəkildə təsdiqləyib. Hadisə regionda gərginliyin daha da artmasına səbəb olub. 

Globalinfo.az xəbər verir ki, İsrail ordusunun yaydığı məlumata görə, Hərbi Hava Qüvvələri İranın mərkəzi hissəsində yerləşən Yəzd vilayətində uran filizi konsentratı istehsal edən zavodu hədəfə alıb.

Bildirilir ki, bu obyekt ölkədə yeganə müəssisədir və burada xammal mexaniki və kimyəvi emaldan keçirilərək uranın zənginləşdirilməsi üçün ilkin materiala çevrilir.

Eyni zamanda İsrail tərəfi İranın mərkəzi bölgəsində yerləşən Arak şəhəri yaxınlığında ağır su istehsalı zavoduna da zərbə endirildiyini açıqlayıb. Rəsmi məlumatda qeyd olunur ki, bu qərar müəssisədə fəaliyyətin bərpası cəhdləri aşkar edildikdən sonra qəbul olunub.

İsrail hərbi dairələrinin açıqlamasına görə, bu cür obyektlər potensial nüvə proqramının vacib hissəsi hesab olunur.

Hazırda İran tərəfinin hücumlarla bağlı rəsmi reaksiyası və mümkün cavab addımları diqqətlə izlənilir. Ekspertlər isə baş verənlərin regionda hərbi-siyasi balansı dəyişə biləcəyini istisna etmirlər.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
globalinfo.az

1Sources