İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqin ABŞ və İsrail ilə əlaqəli sənaye müəssisələrinə hücum edə bilər.
"Far.Az" xəbər verir ki, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi "X" sosial şəbəkəsində yazıb.
ABŞ və İsrailin hücumlarını şərh edən M.Musəvi bildirib ki, İran daha əvvəl də oxşar təxribatla sınaqdan keçirilib.
Musəvi ABŞ və İsrailin "odla oynadığı"nı qeyd edib:
"ABŞ və İsrail ilə əlaqəli sənaye müəssisələrinin əməkdaşları dərhal iş yerlərini tərk etməlidirlər ki, həyatları təhlükəyə məruz qalmasın".
یک بار پیش از این ما را آزمودید؛ دنیا دوباره دید خودتان بازی با آتش و حمله به #زیرساخت را شروع کردید. این مرتبه معادله دیگر چشم درمقابل چشم نخواهدبود؛ منتظر باشید!
— Seyed Majid Moosavi (@smajid_moosavi) March 27, 2026
کارکنان شرکتهای صنعتی مرتبط با آمریکاییها و رژیم صهیونیستی سریعا محیط کار را ترک کنند تا جانشان به خطر نیفتد!