EN

Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazandı

style='margin-bottom:10px;'>

Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ilk oyununa çıxıb. 

QOL.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Sent Lüsiya yığması ilə üz-üzə gəlib. Bu, Azərbaycan millisinin 2026-cı ildə ilk oyunu olub

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş yığmamızın 6:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. Bu, millimizin tarixindəki ən böyükhesablı qələbə olub. 

Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Sent Lüsiya isə 167-ci yeri tutur.

Azərbaycan millisi martın 30-da Syerra Leone yığması ilə qarşılaşacaq. 

“FIFA Series – 2026”

27 mart

19:10. Azərbaycan - Sent Lüsiya - 6:1 

Qollar: Emin Mahmudov, 2, (1:0), Rəhim Sadıxov, 21 (2:0),  Musa Qurbanlı, 37 (3:0), Filip, 52-pen (3:1), Toral Bayramov, 64 (4:1), Vüsal İsgəndərli, 87 (5:1), Rüstəm Əhmədzadə, 89 (6:1)
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Qol.az (@qolaz)

Chosen
3
1
teleqraf.com

10Sources