EN

Romelu Lukaku Türkiyə yolunda

Belçikalı hücumçu Romelu Lukakunun karyerasını Türkiyə Superliqasında davam etdirmək ehtimalı yaranıb.

Fanat.Az xəbər verir ki, son həftələrdə Türkiyənin bir neçə iddialı klubu təcrübəli forvardın transferi üçün rəsmi təmaslara başlayıb.

Tanınmış insayder Nikolo Skiranın yaydığı məlumata görə, Lukakunun hazırkı vəziyyətini həmçinin keçmiş klubu "Anderlext" də diqqətlə izləyir.

Hazırda transfer hüququ "Napoli"yə məxsus olan futbolçu üçün Türkiyə klublarının ciddi maliyyə şərtləri təklif etdiyi bildirilir. 32 yaşlı hücumçunun Avropada qalıb-qalmayacağı və ya Türkiyə macərasına "hə" deyib-deməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.

Chosen
28
1
fanat.az

2Sources