Azərbaycan millisi bu gün “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində ilk oyununa çıxıb.
QOL.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Sent Lüsiya yığması ilə üz-üzə gəlir. Bu, Azərbaycan millisinin 2026-cı ildə ilk oyunudur.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş saat 19:10-da başlayıb. Oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edir.
Qeyd edək ki, hazırda Azərbaycan millisi FİFA reytinqində 125-ci, Sent Lüsiya isə 167-ci yeri tutur.
Azərbaycan millisi martın 30-da Syerra Leone yığması ilə qarşılaşacaq.
“FIFA Series – 2026”
27 mart
19:10. Azərbaycan - Sent Lüsiya - 3:0 (Fasilə)
Qollar: Emin Mahmudov, 2, Rəhim Sadıxov, 21, Musa Qurbanlı, 37
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu