EN

Pravoslav yəhudilər İran və Fələstin üçün ayağa qalxdı! – VİDEO

Avropanın müxtəlif paytaxtlarında yaşayan ortodoks və pravoslav yəhudilər gözlənilməz addım ataraq küçələrə axışıblar. Onlar son günlərdə artan gərginlik fonunda İran və Fələstinə dəstək nümayiş etdiriblər. Aksiyalar həm yerli sakinlər, həm də beynəlxalq media tərəfindən böyük maraq və təəccüblə qarşılanıb.

NOCOMMENT.az xəbər verir ki, etirazçılar əllərində “Sionizm yəhudilik deyil”, “Fələstinə azadlıq” və İrana dəstək ifadə edən şüarlar daşıyıblar. Ortodoks icmalarının nümayəndələri çıxışlarında bildiriblər ki, İsrail dövlətinin apardığı hərbi siyasət onların dini inancları ilə ziddiyyət təşkil edir. Onlar müharibənin dayandırılmasını və regionda sülhün bərqərar olmasını tələb ediblər.

Xüsusilə London və Paris kimi şəhərlərdə keçirilən bu aksiyalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yəhudi din xadimlərinin İranın mövqeyini müdafiə edən bəyanatlarla çıxış etməsi Avropadakı siyasi dairələrdə sensasiya kimi qiymətləndirilib. Bir çox müşahidəçilər bu hadisəni yəhudi icması daxilindəki dərin ideoloji parçalanmanın bariz nümunəsi hesab edirlər.

Sara,
NOCOMMENT.az

Chosen
44
nocomment.az

1Sources