Martın 27-si saat 17:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə,hazırda ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə-Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrıza isə qar yağır.
Hazırda Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 40 mm qeydə alınır ki, bu da aylıq normanın 170 %-ni təşkil edir.