EN

Kürdə köməksiz qalan bir ailənin 4 üzvü xilas edildi - FOTO

Samuxda 4 nəfər Kür çayının rayon ərazisindən keçən hissəsində köməksiz vəziyyətdə qalıb.

Aznews az xəbər verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Bir ailənin 4 üzvü Kürdə qulançar, şomu və odun yığmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb.

Dərhal əraziyə FHN-in və aidiyyatı qurumların əməkdaşları cəlb ediliblər.

Həmin şəxslər bir ailənin 4 üzvü Gədəbəy rayon sakinləri, 1990-cı il təvəllüdlü E.Mustafayev, onun həyat yoldaşı 1996-cı il təvəllüdlü B.Quliyeva və onların övladları 2019-cu il təvəllüdü B.Mustafayeva, 2025-ci il təvəllüdlü A.Mustafayevdir.

Qeyd edək ki, ailə Kür ətrafında maldarlıqla məşğul olur.

Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib.

Chosen
11
4
aznews.az

10Sources