EN

İtaliyada Novruz Festivalı keçirilib  - FOTOLAR

22-23 mart 2026-cı il tarixlərində Sən1Sən Beyin Mərkəzinin İtaliyanın Cassine (AL) şəhərində 17-ci əsrə aid “Palazzo Mandrilli”də yaratdığı Qalereyada növbəti sərgilər silsiləsi keçirilmişdir. Bu sərgilər “Novruz Festivalı” adı ilə Növruz Bayramına həsr olunmuşdur.  
 

QHT.az xəbər verir ki, sözügedən festival Azərbaycan Diasporuna Dəstək Fondunun texniki dəstəyi ilə keçirilmiş və məqsədi xalqımızın milli bayramı olan Novruz bayramı haqqında İtaliya ictimaiyətinə ətraflı məlumat vermək və eyni zamanda Azərbaycanlı rəssamların əsərləri ilə tanış etmək idi.
 

Festivalın açılışında Cassine şəhərinin meri cənab Carlo Felice Maccario, İtaliya-Azərbaycan Ticarət Palatasının Milan Ofisinin rəhbəri İrina Qalimova, Sən1Sən Beyin Mərkəzinin təsisçisi Fəridə Quluzadə, Azərbaycan və Türkiyə diaspora nümayəndələri iştirak etmişlər.
 

Novruz Festivalı çərçivəsində üç sərgi (“Kontrast”, “Sabahın izləri”, “İşığa doğru”) Azərbaycan Rəssamlıq Akademiyasının müəllim və tələbələrinin əsərlərindən ibarət idi. Digər iki sərgi - “NovruzFest” və “Sərhədsiz rənglər” uşaq və açıq çağırış üzərindən olan Azərbaycanlı rəssamların qrup sərgisi idi. 
 

Festival İtalya vətəndaşları və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmışdır. Qalereya Palazzo Mandrilli Azərbaycan incəsənətinə həsr olunmuş artıq 19 sərgiyə ev sahibliyi etməklə, Piemont regionunda İtaliya-Azərbaycan arasında dostluq və mədəniyyət körpüsü kimi fəaliyyətini davam etdirməkdədir.  
 

Chosen
16
2
qht.az

3Sources