Ermənistanın baş naziri Nikol Paşinyan media ilə münasibətlərdə sərt mövqe nümayiş etdirib.
Musavat.com xəbər verir ki, Paşinyan jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
O, sosial şəbəkədə paylaşdığı videoda səsverməyə gəldiyini bildirərək jurnalistlərə müraciət edib:
“Siz artıq məni boykot etməlisiniz. Bu qədər brifinq vermişəm. İstəsəniz, qeyri-rəsmi danışa bilərik, amma brifinq olmayacaq. Həftədə 2-3 dəfə brifinq keçirmək məntiqlidirmi? Mən suallara cavab verməyəcəyəm”.
Xatırladaq ki, hazırda hakim “Vətəndaş müqaviləsi” partiyasında daxili səsvermə keçirilir. Partiya üzvləri baş nazir postuna namizədi və seçki siyahısında ilk 50 yeri müəyyənləşdirirlər.
Musavat.com